Şriftin ölçüsü :

Saytın rəngi :

Həmyerlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulmuşdur

19.04.2022

Aprelin 18-i saat 23 radələrində Samux rayonu, İstixana qəsəbə sakini, 1983-cü il təvəllüdlü Elşən Sadıqovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
 Aparılmış araşdırmalarla zərərçəkmişin həmyerlisi, 1973-cü il təvəllüdlü Habil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Elşən Sadıqovun ürək nahiyəsinə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə  əsaslı şübhələr müəyyən edilmişdir.
 Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. 
Habil Qasımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.