Şriftin ölçüsü :

Saytın rəngi :

Qardaşını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilmişdir

18.04.2022

28 dekabr 2021-ci il tarixdə radələrində Saatlı rayonu Qıraqlı kənd sakini 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyevin qəsdən öldürülməsi  faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanmışdır. Aparılmış istintaqla zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Arif Əliyevin Abdulrəhman Əliyevə məxsus evin girişində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun arvadının gözü qarşısında  bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Arif Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.