Şriftin ölçüsü :

Saytın rəngi :

“Zirvə” marketində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb

15.04.2022

Sorğuya cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildiriblər ki,
Şəmkir rayon sakini Ramin Əliyevin özünə məxsus “Zirvə” adlı marketdə 539 min 222 manat məbləğində pulun mənimsənilməsi barədə müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.
Material Baş Prokurorluq tərəfindən öyrənilməklə faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaqın aparılması Şəmkir rayon prokurorluğuna tapşırılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.