Şriftin ölçüsü :

Saytın rəngi :

Vəzifəli şəxslərə hədə-qorxu gələrək onların pul vəsaitlərini ələ keçirən sosial media istifadəçisi barəsində olan cinayət işi məhkəməyə göndərilmişdir

15.04.2022

Sosial şəbəkə və informasiya resurslarının imkanlarından sui-istifadə edərək ayrı-ayrı şəxslərin şəxsi toxunulmazlıq hüququna qəsd edən Hacıyev Bayram Nazim oğlunun qanunsuz əməlləri ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanmışdır. 
Aparılmış istintaq tədbirləri ilə Bayram Hacıyevin ayrı-ayrı vaxtlarda müxtəlif vəzifəli şəxslərin onlar barəsində həqiqəti əks etdirməyən rüsvayedici məlumatların “Youtube” video paylaşım platforması və “Facebook”  sosial şəbəkəsində yaratdığı şəxsi səhifələrində  yayımlayacağı ilə hədələyib sonunculardan müxtəlif məbləğlərdə pul vəsaitini tələb edib almasına əsaslı şübhələr müəyyən edilmişdir.
Bayram Hacıyevə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə- təkrar törədildikdə) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.