Şriftin ölçüsü :

Saytın rəngi :

Anasını öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilmişdir

15.04.2022

17 oktyabr 2021-ci il tarixdə paytaxtın Nərimanov rayonu ərazisində 1975-ci il təvəllüdlü Bənövşə Nəcəfovaya xəsarətlər yetirilməsi  faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanmışdır.
 Aparılmış istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin oğlu, 1991-ci il təvəllüdlü Rövşən Nəcəfov birgə yaşadıqları yataqxananın qarşısında qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Bənövşə Nəcəfovaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etmişdir.
 Rövşən Nəcəfov Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.