Şriftin ölçüsü :
Saytın rəngi :
Dövlətlərin psixi xəstəliyi olan şəxslərə fəaliyyət qabiliyyəti olmayan şəxs statusunu şamil etdiyi işlərdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş hüquqların qorunması üçün zəruri olan prosessual tələblərə aydınlıq gətirib. Çox zaman bu cür işlərdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 8-ci maddəsinin pozuntularını 5-ci və 6-cı maddələrlə əlaqəli şəkildə araşdırır. Avropa Məhkəməsi qərarların qəbulu prosedurunun keyfiyyətinə xüsusi önəm verir (Salontayi-Drobnyak Serbiyaya qarşı, §§ 144-145). Məhkəmə qərara alıb ki, fəaliyyət qabiliyyətindən məhrum edilmə, şübhəsiz ki, şəxsin 8-ci maddə ilə qorunan şəxsi həyatına hörmət hüququna ciddi müdaxilə təşkil edir. İşlərdən birində daxili məhkəmənin qərarı ilə ərizəçi, demək olar ki, həyatının bütün sahələrində müstəqil hərəkət etmək imkanından məhrum edilmişdi, belə ki, nəzərdən keçirilən dövrdə o, Litvada özünə məxsus əmlakı sata və ya ala, işləyə, öz yaşayış yerini seçə, evlənə və ya məhkəməyə müraciət edə bilməzdi ki, bu da onun şəxsi həyatına hörmət hüququna müdaxiləyə bərabər idi (A.N. Litvaya qarşı, § 111). Fəaliyyət qabiliyyətindən məhrum edilmə prosedurları çərçivəsində şəxsin təhlükəsiz müəssisəyə yerləşdirilməsi və əmlakının satılması ilə bağlı qərarlarla və uşaqları ilə bağlı prosedurlarla (yuxarıya bax) əlaqədar olaraq Məhkəmə qərara almışdır ki, dövlətlər psixi qüsuru olan əlil şəxslərin bu cür proseslərdə iştirak edə bilməsi və prosesin onların unikal fərdi tələbatlarına uyğunlaşdırılması üçün adekvat təminatların olmasını təmin etməlidirlər (Tsehentner Avstriyaya qarşı, § 65; Ştukaturov Rusiyaya qarşı, §§ 94-96; Hertseqfalfi Avstriyaya qarşı, § 91).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı