Şriftin ölçüsü :
Saytın rəngi :
Aprelin 14-də saat 18 radələrində Mingəçevir şəhəri ərazisində 1997-ci il təvəllüdlü Şaxanım Ələkbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin keçmiş əri 1994-cü il təvəllüdlü Yasin Məhərrəmovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Şaxanım Ələkbərovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Yasin Məhərrəmov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı