Şriftin ölçüsü :
Saytın rəngi :
Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır. Vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir. Təqdim olunan video-izah vasitəsilə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Teymur Aşurov son zamanlar aktuallığı ilə seçilən “Azərbaycan Respublikasında ikili vətəndaşlığa yol verilirmi?” sualını cavablandırıb. Video-izahı izləməklə həmin sualın cavabını öyrənə bilərsiniz.
Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı