Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Məhkəməsi müəyyən etmişdir ki, Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən, dövlətlər psixi xəstəliyi olan şəxsin şəxsi və ailə həyatına malik olmaq hüququnu qorumaq öhdəliyini daşıyırlar, bu söz xüsusən psixi xəstəliyi olan şəxsin uşaqlarının dövlət himayəsinə verildiyi hallara aiddir. Dövlətlər psixi xəstəliyi və ya əlilliyi olan şəxslərin uşaqlarının himayə müəssisinə yerləşdirilməsi ilə bağlı proserdurlarda bu cür şəxslərin səmərəli şəkildə iştirak edə bilmələrini təmin etməlidirlər (B. Rumıniyaya qarşı (№ 2), § 117; K. və T. Finlandiyaya qarşı [BP]). Belə hallar həmçinin Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatı ilə əlaqəlidir, məsələn, psixi qüsuru olan əlil ananın oğlunun övladlığa götürüldüyü barədə məlumatlandırılmadığı və övladlığa götürülmə prosedurlarında iştirak edə və ya həmin prosedurlardan şikayət edə bilmədiyi iş buna konkret misal ola bilər (A.K. və L. Xorvatiyaya qarşı).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı