Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Psixi xəstəlik (1)

08.04.2022

Psixi xəstəlikdən əziyyət çəkdiklərinə görə həssas durumda olan şəxslərə münasibətdə üzv dövlətlərin daşıdıqları pozitiv öhdəliklər üzrə Avropa Məhkəməsi təsdiq etmişdir ki, psixi sağlamlıq mənəvi həyatın toxunulmazlığı ilə əlaqədar olan, şəxsi həyatın mühüm tərkib hissəsini təşkil edən amil sayıla bilər. Bu baxımdan psixi stabilliyin qorunması şəxsi həyata hörmət hüququndan səmərəli şəkildə istifadə etmək üçün zəruri şərtdir (Bensəid Birləşmiş Krallığa qarşı, § 47). 
Avropa Məhkəməsi uzun müddətdən bəri bildirir ki, şəxsin tibbi müalicədən imtina etmək hüququ Avropa Konvensiyasının 8-ci maddəsinin tətbiq dairəsinə düşür. Psixi xəstəliyi olan pasiyentlərin psixi müalicədən imtina etmək hüququ da buraya daxildir. Subyektin istəyi əleyhinə tibbi müdaxilənin həyata keçirilməsi onun şəxsi həyatına və konkret olaraq fiziki toxunulmazlığına müdaxiləyə səbəb olur (X. Finlandiyaya qarşı, § 212). Müəyyən hallarda psixi xəstəliyi olan pasiyentin məcburi müalicəsinə pasiyentin özünün və digər şəxslərin müdafiəsi ilə haqq qazandırıla bilər. Bununla belə, bu cür qərarlar aydın hüquqi qaydalar çərçivəsində qəbul edilməli və həmin qərarlara məhkəmə tərəfindən yenidən baxılması mümkün olmalıdır (eyni mənbə, § 220; Ştork Almaniyaya qarşı, §§ 164-169; Şopov Bolqarıstana qarşı, § 47). 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.