Şriftin ölçüsü :

Saytın rəngi :

29 nəfər şəxsə qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir

08.04.2022

Biləsuvar rayonu Aşağı Cürəli kənd sakini Elman Nuriyevin qanunsuz əməlləri barədə rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciətləri əsasında araşdırma aparılmışdır.
Aparılmış araşdırmalarla, 24 avqust 2021-ci il tarixdən “DOST İş Mərkəzi” MMC-də ictimai işlərə cəlb olunmuş Elman Nuriyevin özünü Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin işçisi kimi, yəni özünü vəzifəli şəxs kimi təqdim edib dövlət özünəməşğulluq proqramı çərçivəsində iş və  ünvanlı dövlət sosial yardımla təmin edəcəyi barədə yalan vədlər verməklə 29 nəfər şəxsdən ümumilikdə 16 min  manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməsinə, eyni zamanda həmin şəxsləri rüşvət verməyə  təhrik etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Biləsuvar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 310 (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanmışdır.
Elman Nuriyeva Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.