Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Şabran rayon sakininin aldadılaraq vergi ödəyicisi kimi qeydə aldırılması nəticəsində külli miqdarda vergi borclarının yaranması faktı ilə bağlı araşdırma aparılır

07.04.2022

Sorğuya cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Şabran rayon sakini Elvin Rəsulovun tanışı tərəfindən aldadılaraq vergi ödəyicisi kimi qeydə aldırılması, adından müəyyən idxal əməliyyatlarının həyata keçirilməsi və nəticədə külli miqdarda vergi borclarının yaranması ilə bağlı Baş Prokurorluq və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aidiyyatı strukturları ilə birgə araşdırma aparılır.
Araşdırma nəticəsində qanuni qərarın qəbul edilməsi təmin ediləcəkdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.