Şriftin ölçüsü :
Saytın rəngi :
Həkimin ciddi dərəcədə əlilliyi olan uşağı valideynlərinin birmənalı istəyi əleyhinə müalicə etmək qərarını qəbul etdiyi və bu qərardan məhkəməyə şikayət etmək imkanının olmadığı işdə Avropa Məhkəməsi Avropa Konvensiyasının 8-ci maddəsinin pozulduğunu qərara almışdır (Qlass Birləşmiş Krallığa qarşı). Analoji olaraq, üzərində pis rəftar simptomları olan uşaqdan həkimlər tərəfindən uşağın valideynlərinin icazəsi olmadan qan analizlərinin götürüldüyü və onun fotoşəkillərinin çəkildiyi işdə Avropa Məhkəməsi uşağın Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş fiziki toxunulmazlıq hüququnun pozulduğunu müəyyən etmişdir (M.A.K. və R.K. Birləşmiş Krallığa qarşı). Digər bir işdə isə Məhkəmə müəyyən etmişdir ki, polis həbsxanasında saxlanılan qadının həbsxanadan kənar müəssisəyə məcburi ginekoloji müayinə üçün aparılması barədə dövlətin qərarı qanunla nəzərdə tutulan qaydada icra edilməmiş və Avropa Konvensiyasının 8-ci maddəsinin pozuntusunu təşkil etmişdir (Y.F. Türkiyəyə qarşı, §§ 41-44).
Könüllü peyvənd səbəbindən zərər çəkmiş şəxslərə kompensasiya ödənilməməsi ilə əlaqədar olaraq Türkiyəyə qarşı qaldırılmış işdə Avropa Məhkəməsi qərara almışdır ki, şikayət qəbuledilən deyil (Baytüre və başqaları Türkiyəyə qarşı (qərardad)).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı