Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Nizami rayonu ərazisində yeni doğulmuş uşağın meyitinin aşkar edilməsi faktı ilə bağlı cinayət işi başlanmışdır

05.04.2022

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilmişdir ki, 31 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 88 saylı binanın yaxınlığında polietilen sellofanda naməlum yeni doğulmuş qadın cinsli uşaq meyitinin aşkar olunması faktı üzrə Nizami rayon prokurorluğunda cinayət işi başlanmışdır.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04.04.2022-ci il tarixdə A.K.(ad şərtidir) CM-in 121-ci (ananın yeni doğduğu uşağı qəsdən öldürməsi) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyi üçün tutularaq istintaqa cəlb edilmişdir.
  Hazırda cinayət işi üzrə istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.