Şriftin ölçüsü :
Saytın rəngi :
Doğuşun baş verdiyi şərait, şübhəsiz ki, Avropa Konvensiyasının 8-ci maddəsinin məqsədləri üçün şəxsi həyatın tərkib hissəsini təşkil edir (Ternovski Macarıstana qarşı, § 22). Məhkəmə bu işdə müəyyən etmişdir ki, ərizəçi faktiki olaraq doğuşu evdə həyata keçirmək seçiminə malik deyildir, çünki evdə baş verən doğuşa yardım göstərən tibb işçilərini daim məhkəmə təqibi ilə üzləşmə təhlükəsi gözləyirdi və bu məsələ ilə bağlı konkret və hərtərəfli qanunvericilik müddəaları yox idi. Lakin səhiyyə siyasətinə və resursların ayrılmasına aid kompleks məsələlərlə əlaqədar hallarda milli hakimiyyət orqanları geniş manevr imkanlarına malik olurlar. Evdə doğuşlara icazə vermə məsələsində Avropa Şurasına üzv olan dövlətlər arasında hazırda konsensusun olmadığını nəzərə alsaq, dövlətin siyasətinin anaların evdə doğuşlar zamanı mamaçanın yardımından istifadə etmələrini praktiki cəhətdən mümkünsüz etməsi Avropa Konvensiyasının 8-ci maddəsinin pozuntusuna səbəb olmur (Dubska və Kreyzova Çex Respublikasına qarşı [BP]).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı