Şriftin ölçüsü :
Saytın rəngi :
P. və S. Polşaya qarşı məhkəmə işində Avropa Məhkəməsi bir daha bildirmişdir ki, Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulan "şəxsi həyat" anlayışı valideyn olmaq və olmamaq barəsindəki qərarlara da şamil olunur (Evans Birləşmiş Krallığa qarşı [BP], § 71; R.R. Polşaya qarşı, § 180; Dikson Birləşmiş Krallığa qarşı [BP], § 66; Paradizo Kampanelli İtaliyaya qarşı [BP], §§ 163 və 215). Faktiki olaraq "şəxsi həyat" anlayışı qohumluq əlaqələrinin mövcud olduğu klassik hallardan başqa həm də digər hallarda yetkin şəxslə uşaq arasında emosional bağların yaranmasını və inkişaf etdirilməsini istisna etmir. Bu cür bağlılıq həm də fərdlərin həyatı və sosial identikliyi ilə əlaqəlidir. Müəyyən hallarda yetkin şəxslə uşaq arasında heç bir bioloji və ya hüquqi əlaqə olmadıqda belə, işin faktları "şəxsi həyat" anlayışının tətbiq dairəsinə düşə bilər (Paradizo Kampanelli İtaliyaya qarşı [BP], § 161).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı