Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində buldozerin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır

27.03.2022

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilib ki, martın 27-si saat 16 radələrində Ağdam rayonunun işğaldan azad edilmiş Yusifcanlı kəndi ərazisində təmir tikinti işləri aparılan zaman buldozerin minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Nəticədə traktora maddi ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.