Şriftin ölçüsü :

Saytın rəngi :

İşə düzəltmək adı ilə vətəndaşlara qarşı dələduzluq edilməsi faktı ilə bağlı cinayət işi başlanmışdır

17.03.2022

Qazax rayon sakinlərinin işə düzəltmək adı ilə onlardan pul vəsaitlərinin alınması barədə müraciətləri əsasında rayon prokurorluğunda araşdırma aparılmışdır.
Araşdırmalarla “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin sabiq operatoru Bəxtiyar Mehdiyevin iki nəfəri “Təmiz Qaz” QSC-nin Şəmkir Regional Mərkəzinin Qazax bölməsinə işə düzəltmək adı ilə ümumilikdə 5 min 500 manat məbləğində  pul alaraq təkrar dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin  178.2.2 və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.