Şriftin ölçüsü :

Saytın rəngi :

#Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında #prokurorluq əməkdaşları və veteranları “Nizami” baletinə tamaşa ediblər

17.03.2022

 Milli ruhlu kadrların yetişdirilməsi, onların mənəvi-estetik dünyagörüşünün formalaşdırılması,  milli-mənəvi dəyərlərimiz haqqında maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, martın 16-da #Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında #prokurorluq orqanlarının kollektivi görkəmli bəstəkar Fikrət Əmirovun “Nizami” baletinə tamaşa ediblər. 
 Tədbirdə, həmçinin, Baş Prokurorluğun rəhbərliyinin dəvəti ilə prokurorluğun veteran və pensiyaya çıxmış əməkdaşları öz ailə üzvləri ilə birlikdə  iştirak edib. 
 Dahi şair və mütəfəkkir #Nizami Gəncəvinin poetik sənətinin valehedici inciləri, onun çoxşaxəli, mistik, cazibədar dünyasını özündə ehtiva edən balet Azərbaycan mədəniyyətinin möhtəşəm töhfələrindən olmaqla izləyicilərin böyük marağına səbəb olub. Prokurorluqda ictimai köməkçilər – könüllülərin də iştirak etdiyi mötəbər tədbirdə Nizami Gəncəvinin mədəni irsinin öyrənilməsi,  eyni zamanda  zəngin təcrübəyə malik prokurorluğun veteranları ilə  gəncləri arasında səmimi və mehriban ünsiyyətin  qurulması üçün fürsət yaranmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.