Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Avropa Konvensiyasının 34-cü maddəsi: fərdi şikayətlər

14.03.2022

 Məhkəməyə göndərilən və ya Məhkəmə tərəfindən alınan məktubların açılıb oxunması ilə əlaqədar işlərdə Avropa Konvensiyasının 34-cü maddəsi də tətbiq edilə bilər, belə ki, bu maddə fərdi şikayət hüququnun səmərəli şəkildə həyata keçirilməsinə maneə yaradılmasını qadağan edir (Yefimenko Rusiyaya qarşı, §§ 152-165; Kornakov Latviyaya qarşı, § 157; Çukayev Rusiyaya qarşı, § 130). Əslində Avropa Konvensiyasının 34-cü maddəsi ilə təsis edilmiş fərdi şikayət sisteminin fəaliyyət göstərməsi üçün ərizəçilər və ya potensial ərizəçilər şikayətlərini geri götürmələri və ya dəyişdirmələri üçün hakimiyyət orqanlarının hər hansı formada təzyiqinə məruz qalmadan Məhkəmə ilə sərbəst ünsiyyət qurmaq imkanına malik olmalıdırlar (Salman Türkiyəyə qarşı, § 130). Məktubların Məhkəməyə göndərilməsinin həbsxana müdiriyyəti tərəfindən gecikdirilməsi Avropa Konvensiyasının 34-cü maddəsinin ikinci cümləsinin qadağan etdiyi maneələrə misaldır (Poleşşuk Rusiyaya qarşı, §28), həmçinin həbsdə saxlanılan ərizəçinin ilkin məktubunu Məhkəməyə göndərməkdən dövlət orqanlarının imtina etmələri də buna misaldır (Kornakov Latviyaya qarşı, §§ 165-167).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.