Şriftin ölçüsü :

Saytın rəngi :

#HÜQUQİBİLİKLƏRİNİARTIR - “Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilərək qüvvəyə minmişdir

04.03.2022

 Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 03 mart tarixli Fərmanı ilə “Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə” təsdiq edilərək qüvvəyə minmişdir. Azərbaycan Respublikası prokurorluq orqanlarının fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasiya sisteminin yaradılması Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 07 may tarixli  Fərmanında təsbit edilmişdir.

 “Elektron prokurorluq” informasiya sistemi haqqında Əsasnamə”də “Elektron prokurorluq” informasiya sisteminin formalaşdırılmasının, aparılmasının, digər qurumların informasiya sistemləri və ehtiyatları ilə Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə inteqrasiyasının, habelə İnformasiya sistemi ilə bağlı mühafizə tədbirlərinin təmin edilməsinin hüquqi, təşkilati və texnoloji əsasları müəyyən edilmişdir.

 13 bənddən ibarət olan Əsasnaməyə görə informasiya sisteminin tətbiqi insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinə, prokurorluğa müraciət imkanlarının genişlənməsinə, prokurorluğun fəaliyyətinin səmərəliliyinin və şəffaflığının artırılmasına, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlığın və operativliyin təmin edilməsinə, prokurorluq işçilərinin fəaliyyətinə nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.