Şriftin ölçüsü :

Saytın rəngi :

#prokurorluqdanizah - “İctimai köməkçi qismində kimlər müraciət edə bilər?”

04.03.2022

 Prokurorluq orqanları tərəfindən modern dövrün tələblərinə uyğun olaraq müasir, vətəndaşa yönümlü, onu məmnun edən tədbirlər daim diqqət mərkəzində saxlanılır. Vətəndaş məmnunluğu və aşkarlığın təmin olunması məqsədilə prokurorluğun fəaliyyət sferaları ilə bağlı vətəndaşları maraqlandıran məsələlərin prokurorluq əməkdaşları tərəfindən videoçarxlar vasitəsilə #prokurorluqdanizah həştəqi altında cavablandırılması həyata keçirilir.

 Təqdim olunan video-izah vasitəsilə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Mələk Əliyeva son zamanlar aktuallığı ilə seçilən “İctimai köməkçi qismində fəaliyyət nə məqsəd daşıyır?”, “İctimai köməkçi qismində kimlər müraciət edə bilər?”, “İctimai köməkçinin fəaliyyəti rəsmiləşdirilirmi?” və “İctimai köməkçinin fəaliyyətinin müddəti nə qədərdir?” sualları cavablandırıb. Video-izahı izləməklə həmin sualın cavabını öyrənə bilərsiniz.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.