Şriftin ölçüsü :

Saytın rəngi :

Cinayət təqibindən kənar icraatlar sahəsində toplanmış təcrübənin prokurorluq əməkdaşlarına tədris edilməsi məqsədilə sayca 5-ci seminar keçirilib

03.03.2022

  Cəmiyyətdə aktuallığı ilə seçilən hüquqpozmaların qarşısının alınması, peşə biliklərinin artırılması, hərtərəfli və tam araşdırmanın aparılması üçün tələb olunan peşəkar vərdişlərin gücləndirilməsi məqsədini daşıyan sistematik nəzəri-praktiki təlimlərin həyata keçirilməsi davam etdirilir.
  Ekoloji hüquqpozmalar, ağır nəticələrə səbəb olan əmək hüquqlarının pozulması hallarının araşdırılması, azyaşlıların hüquqlarının müdafiə edilməsi istiqamətində prokurorluq orqanları tərəfindən müntəzəm tədbirlər həyata keçirilir. 
 Bu həftə ərzində səlahiyyətli dövlət qurumlarının verdiyi məlumatlara əsasən, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aidiyyəti rayon prokurorlarının cinayət təqibindən kənar icraatlar üzrə köməkçiləri cəlb edilməklə respublikanın müxtəlif rayonlarında baş vermiş qanun pozuntuları ilə bağlı araşdırmalar aparılır.
  Görülmüş işlərin xüsusiyyətləri və nəticələri, hüquqpozmaların aşkar edilməsi, araşdırılması və qarşısının alınması sahəsində toplanmış təcrübə ilə bağlı 02.03.2022-ci il tarixdə Bərdə rayon prokurorluğunda seminar keçirilmişdir. 
 Seminarda Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Laçın, Xocavənd rayon prokurorluqlarının əməkdaşları iştirak etmişlər.
 Qeyd olunan tədbir respublikanın şimal, şimal-qərb və cənub, Kür-Araz bölgəsində keçirilmiş seminarlardan sonra sayca beşinci tədbirdir. 
Analoji tədbirlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulmuşdur.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.