Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Şəxsi və ailə həyatı: 14-cü maddə (ayrı-seçkiliyin qadağan olunması) kontekstində (3)

02.03.2022

 Bir çox işlərdə Avropa Konvensiyasının 8-ci maddəsi 14-cü maddə ilə əlaqəli şəkildə götürülür. 
Məsələn, Avropa Məhkəməsi dövlət orqanlarının ikili vətəndaşlığa malik cütlüyün nikahdan sonra öz soyadlarını saxlamasına icazə verməkdən imtina etmələri kimi ayrı-seçkilik xarakterli rəftar nəticəsində 8-ci maddə ilə əlaqəli şəkildə götürülmüş 14-cü maddənin pozulduğunu müəyyən edib (Loşontsi Roze və Roze İsveçrəyə qarşı iş, § 26). Həmçinin A.H. və başqaları Rusiyaya qarşı məhkəmə işində rusiyalı uşaqların ABŞ vətəndaşları tərəfindən övladlığa götürülməsinin qadağan olunmasının pozuntu təşkil etdiyi müəyyən edildi. Dövlət 8-ci maddədə müəyyən edilmiş öhdəliklərinin dairəsini genişləndirərək daxili qanunvericilikdə övladlığa götürmə hüququna dair müddəaları təsbit edərsə, həmin müddəaları tətbiq edərkən 14-cü maddədə nəzərdə tutulmuş ayrı-seçkilik xarakterli tədbirlərdən istifadə edə bilməz. Məhkəmənin bildirdiyinə görə, ərizəçilərin övladlığa götürmə üçün müraciət etmək hüququ və müraciətlərinə ədalətli şəkildə baxılması hüququ 8-ci maddədə nəzərdə tutulmuş şəxsi həyata dair müddəaların tətbiq dairəsinə düşür.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.