Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərsu” ASC-nin əməkdaşına zor tətbiq edilməsi faktı ilə bağlı cinayət işi başlanmışdır

02.03.2022

 Fevralın 17-də “Azərsu” ASC-nin Abşeron rayon “Su-Kanal” İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur. Araşdırmalarla Abşeron rayonu Nübar qəsəbə sakini Müzəffər Mahmudovun  2021-ci ilin iyul ayından istifadə etdiyi suyun dəyərinin ödənilməsini ondan tələb edərək öz xidməti vəzifələrini icra edən “Su-Kanal” İdarəsinin əməkdaşı Elbrus Allahverdiyevə zor tətbiq edib yüngül dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda iş üzrə istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.