Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Şəxsi və ailə həyatı: 14-cü maddə (ayrı-seçkiliyin qadağan olunması) kontekstində (2)

28.02.2022

 Bir çox işlərdə Avropa Konvensiyasının 8-ci maddəsi 14-cü maddə ilə əlaqəli şəkildə götürülür. 
 Məsələn, nikahdankənar və nikahda doğulma əlamətinə görə fərqli rəftara məruz qalma ilə əlaqədar olaraq Məhkəmə bildirib ki, bu cür fərqli rəftarın Konvensiyaya uyğun hesab edilə bilməsi üçün olduqca əsaslı səbəblər gətirilməlidir (Şahin Almaniyaya qarşı iş, § 94; Mazurek Fransaya qarşı iş, § 49; Kamp və Burimi Niderlanda qarşı iş, §§ 37-38). Eyni sözlər tərəflərin nikaha girmədən birgə yaşadıqları zaman doğulmuş uşağın atasının nikah münasibətindən doğulmuş uşağın atası ilə müqayisədə fərqli rəftara məruz qaldığı hala da aiddir (Şahin Almaniyaya qarşı iş, § 94). 


 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.