Şriftin ölçüsü :

Saytın rəngi :

Çilingərin iş görərkən aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı cinayət işi başlanmışdır

28.02.2022

 Fevralın 22-də rayonun Rəhimli kəndində Maqsud Musayevin iş görərkən xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, rayonun Goranboy Suvarma Sistemləri İdarəsinin çilingəri vəzifəsində işləyən Maqsud Musayev rayonun Rəhimli kəndində  su artezian quyusunda təmir işləri aparılarkən başına metal boru düşməsi nəticəsində xəsarət almış və aldığı xəsarətlərdən fevralın 26-da müalicə aldığı xəstəxanada ölmüşdür.
 Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.