Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Ağstafa rayonu “Ş.Abadov” adına Aşağı Kəsəmən kənd tam orta məktəbində baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi başlanmışdır

24.02.2022

 Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilmişdir ki, mediada məktəb direktorunun səs yazısının yayılması faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılmışdır.
 Araşdırmalarla “Ş.Abadov” adına Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin məktəbin müəllimlərindən təyin edilmiş dərs saatlarına görə müxtəlif məbləğlərdə pul tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilmişdir.
 Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.