Şriftin ölçüsü :
Saytın rəngi :
Şəxsi həyata hörmət hüququnun ifadə azadlığı hüququ ilə balanslaşdırılmasının tələb olunduğu hallarda Avropa Məhkəməsi hesab edir ki, şikayət ərizəsinin xəbər materialının subyekti olan şəxs tərəfindən Avropa Konvensiyasının 8-ci maddəsi və ya naşir tərəfindən 10-cu maddə əsasında verilməsindən asılı olmayaraq, nəzəri cəhətdən işin nəticəsi fərqli olmamalıdır. Prinsip etibarı ilə bu hüquqlara hörmət edilməsi eyni dərəcədə təmin edilməlidir (Kuderk və "Aşett Filipakki Assosye" şirkəti Fransaya qarşı iş, § 91). Müvafiq olaraq, hər iki halda qiymətləndirmə sərbəstliyinin hüdudları nəzəri cəhətdən eyni olmalıdır. Presedent hüququnda müəyyən edilmiş müvafiq meyarlar aşağıdakılardır: araşdırılan material ictimai maraq doğuran məsələlərin müzakirəsinə töhfə verirmi, xəbər materialında barəsində bəhs edilən şəxs nə dərəcədə pis ad çıxarıb, müvafiq şəxs əvvəllər necə davranıb, dərc edilən materialın məzmunu, forması və nəticələri nədən ibarətdir və müvafiq hallarda, fotoşəkillər hansı şəraitdə çəkilib (eyni mənbə, §§ 90-93; Fon Hannover Almaniyaya qarşı iş (№ 2), §§ 108-113; "Aksel Şpringer AG" Almaniyaya qarşı iş, §§ 89-95).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı