Şriftin ölçüsü :

Saytın rəngi :

Şəxsin qəsdən öldürülməsi faktı ilə bağlı cinayət işi başlanmışdır

24.02.2022

 Fevralın 23-ü saat 20 radələrində 2001-ci il təvəllüdlü Elgün Qurbanlının aldığı xəsarətlərdən Bərdə Rayon Diaqnostika Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
     Aparılmış ilkin araşdırmalarla Tərtər rayonu ərazisində 2004-cü il təvəllüdlü İlkin Nəzərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elgün Qurbanlıya bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
     Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
İlkin Nəzərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
     Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.