Şriftin ölçüsü :

Saytın rəngi :

Ustanın iş görərkən aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı cinayət işi başlanmışdır

24.02.2022

 Fevralın 23-də rayonun Bayramlı kəndində Bəhman Abbasovun iş görərkən xəsarət alması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
 Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, “Azərişıq” ASC-nin Qərb RETSİ-nin Şəmkir Elektrik Şəbəkəsinin Zəyəm sahəsinin ustası vəzifəsində işləyən Bəhman Abbasov xidməti ərazisində yerləşən əkin sahəsində olan işıq dirəyinin yuxarı hissəsində elektrik naqillərini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
 Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.