Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Suraxanı rayon sakini 2010-cu il təvəllüdlü azyaşlının cinsi zorakılığa məruz qalması faktı ilə bağlı cinayət işi başlanıb

23.02.2022

 Baş Prokurorluğun Mətbuat xidmətinə verilən #sorğuyacavab olaraq bildirilir ki, paytaxtın Suraxanı rayon sakini 2010-cu il təvəllüdlü azyaşlının cinsi zorakılığa məruz qalması ilə bağlı anasının müraciəti əsasında Suraxanı rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə cinayət işi başlanıb. 
 Cinayət işi ibtidai istintaqın aparılması üçün aidiyyəti üzrə rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
 Hazırda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.