Şriftin ölçüsü :

Saytın rəngi :

Tanışını qəsdən öldürməyə cəhd edən şəxs barəsində cinayət işi məhkəməyə göndərilmişdir

23.02.2022

 2021-ci il oktyabrın 25-də paytaxtın Nərimanov rayon sakini Tural Heydərovun kəsilmiş-deşilmiş xəsarətləri alması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanmışdır.
 Nərimanov rayon prokurorluğunda aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı Şükran Əliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tural Heydərova məişət təyinatlı bıçaqla vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək onu qəsdən öldürməyə cəhd etmişdir.
 Şükran Əliyev Cinayət Məcəlləsinin 29, 120.1-ci (adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.