Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Baş Prokurorluğunun əməkdaşları BMT-nin “Cinayətkarlığın qarşısının alınması və Cinayət ədliyyəsi Komissiyası”nın iclasında iştirak etmişdir

22.02.2022

 14-16 fevral 2022-ci il tarixlərdə Avstriya Respublikasının paytaxtı Vyana şəhərində dünyanın 100-dən çox ölkə və qeyri-hökümət təşkilatının 600-dən çox nümayəndəsinin iştirakı ilə BMT-nin Cinayətkarlığın qarşısının alınması və Cinayət ədliyyəsi Komissiyasının (CCƏK) “Ətraf mühitə təsir edən cinayətkarlığın qarşısının alınması və mübarizə” mövzusunda hibrib formatda iclası keçirilmişdir.     Tədbirdə ölkəmizi Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəis müavini Şəmşir Şəmşirli və Baş prokurorunun xüsusi tapşırıqlar üzrə köməkçisi Saleh Hacıyev təmsil etmişdir.
 Belə ki, tədbir zamanı BMT tərəfindən “2030 Gündəliyinə nail olmaq istiqamətində” 7-12 mart 2021-ci il tarixlərdə Yaqoniyanın Kioto şəhərində keçirilmiş 14-cü Konqresin gedişində qəbul edilən “Cinayətkarlığın qarşısının alınması, cinayət ədliyyəsi, qanunun aliliyinin inkişafına dair Kioto Bəyənnaməsi” və ondan irəli gələn tələblər, ekoloji hüquqpozma və cinayətlərə qarşı mübarizədə təşkilat və dövlətlərin fəaliyyəti, beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsi, təkmilləşdirilməsi və digər mühüm məsələlər müzakirə predmeti olmuşdur. 
 Üç sessiyadan ibarət tədbirdə BMT-nin Narkotiklər və Cinayətkarlıq idarəsi, Cinayətkarlığın qarşısının alınması və Cinayət ədliyyəsi Komissiyası və üzv ölkələrin nümayəndə və ekspertlərinin iştirakı ilə təqdimat və çıxışlar edilmiş, o cümlədən panel müzakilər aparılmışdır.
Tədbirdə aktiv iştirak edən Baş Prokurorluğun əməkdaşları ətraf mühitin mühafizəsi, ekoloji hüquqpozmalara qarşı mübarizə və qarşısının alınması sahəsində ölkəmizdə görülmüş işlər, son illərdə ekoloji təhlükəsizliyə cavabdeh olan qurumlarda aparılmış islahatlar, o cümlədən Azərbaycan Respublikasının Baş Prokurorluğunda 2020-ci ilin iyun ayında edilmiş struktur dəyişiklikdən sonra ekologiya sahəsinə xüsusi diqqət ayrılaraq bu sahədə prokuror fəaliyyətinin təşkili və həyata keçirilməsinə cavabdeh olan yeni idarənin - Cinayət təqibindən kənar icraatlar idarəsinin təşkil olunması barədə ətraflı məlumat vermişdir.
    Aparılmış müzakirələrin nəticəsi CCƏK-in 2022-ci ilin may ayında keçirilməsi nəzərdə tutulan növbəti sessiyasında təqdim ediləcəkdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.