Şriftin ölçüsü :
Saytın rəngi :
Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsi tərəfindən 21 fevral 2022-ci il tarixdə 63 tabe rayon (şəhər) prokurorluqlarının 102 nəfər prokurorluq işçisi üçün “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada təsbit olunmuş işgəncəyə, qeyri-insani davranışa və ləyaqəti alçaldan rəftar və cəzaya məruz qalmama hüququnun müdafiəsi” mövzusunda videokonfrans formatında seminarın keçirilməsi təmin edilmişdir. Tədbirdə idarənin prokuroru Ayla Tağızadə tərəfindən dinləyicilərə “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsinə dair” Avropa Konvensiyasının 3-cü maddəsində istifadə edilən anlayışlar: işgəncə, qeyri-insani və ləyaqəti alçaldan rəftar və ya cəza, işgəncə və digər pis rəftar formaları arasında fərqli cəhətlər, habelə 3-cü maddənin prosessual aspektləri və dövlətin pozitiv və neqativ öhdəlikləri, sübutetmə standartı, eləcə də beynəlxalq sənədlərdə və milli qanunvericilikdə bu normanın təsbiti barədə ətraflı məlumatlar verilmişdir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı