Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Konvensiyasının 8-ci maddənin prosessual aspekti Konvensiyanın 6-cı maddəsi ilə qorunan hüquq və maraqlarla sıx əlaqəlidir. 6-cı maddə prosessual təminatı, yəni "mülki hüquq və vəzifələrin" müəyyənləşdirilməsi üçün "məhkəməyə müraciət etmək hüququnu" nəzərdə tutur, 8-ci maddənin prosessual tələbi isə təkcə inzibati prosedurları və məhkəmə icraatını əhatə etmir, həm də digər məsələlərlə yanaşı ailə həyatına hörmətin təmin edilməsi kimi daha geniş məqsədə xidmət edir (Tapiya Qaska və D.İspaniyaya qarşı, §§ 111-113; Byançi İsveçrəyə qarşı, § 112; Makmaykl Birləşmiş Krallığa qarşı, § 91; B. Birləşmiş Krallığa qarşı, §§ 63-65; Qolder Birləşmiş Krallığa qarşı, § 36).
Məsələn, işə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq ağlabatan müddətdə baxılması tələbi həm də 8-ci maddədən irəli gələn prosessual tələblərin bir hissəsini təşkil edir (Ribiç Xorvatiyaya qarşı, § 92). Eyni zamanda, Məhkəmə ərizəçilərin övladları ilə görüşmək hüququna aid qərarın icra edilməməsindən verilmiş şikayətə yalnız 8-ci maddə əsasında baxıb (Mitovlar keçmiş Yuqoslaviya Respublikası Makedoniyaya qarşı, § 49). Eynilə, ərizəçiyə uşaq üzərində qəyyumluq hüququ verilməsi barəsindəki qərarın icrası üçün dövlətin hərəkət etməməsi və lazımi səy göstərməməsi və həmin qərarın icrası üçün aparılan prosedurların həddən artıq uzun sürməsi barədə şikayəti Məhkəmə yalnız 8-ci maddə üzrə araşdırıb (Santuş Nunyeş Portuqaliyaya qarşı, §§ 54-56).
Y. Sloveniyaya qarşı məhkəmə işində Məhkəmə işə birinci instansiyada baxmış milli məhkəmənin iddia edilən seksual zorakılıqla əlaqədar cinayət prosesində ərizəçinin təqsirləndirilən şəxs tərəfindən çarpaz dindirilməsi zamanı ərizəçinin şəxsi həyatına və şəxsiyyətinin toxunulmazlığına hörmət hüququ ilə təqsirləndirilən şəxsin müdafiə hüquqları arasında lazımi balansa riayət edib-etmədiyini araşdırdı (§§ 114-116).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı