Şriftin ölçüsü :
Saytın rəngi :
Turizm bazarının tənzimlənməsi, turizm sahəsində sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, ölkənin turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və turist məmnunluğunun təmin edilməsi məqsədilə qəbul olunmuş “Turizm haqqında” 27 dekabr 2021-ci il tarixli qanun 18 fevral 2022-ci ildə rəsmi internet saytında dərc olunmaqla qüvvəyə minmişdir. 5 fəsil, 22 maddədən ibarət olan Bu Qanun qüvvəyə mindiyi gündən “Turizm haqqında” 1999-cu il 4 iyun tarixli Qanun ləğv edilmişdir.
Qanunda turizm xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə turizm iştirakçıları, turizm sənayesi subyektlərinin etik davranış qaydaları, reyestrdə qeydiyyatı, hüquq və vəzifələri, turizm vizalarının verilməsi kimi mütərəqqi yeniliklər təsbit edilmiş, turizm sahəsinin maliyyə mənbələri açıqlanmışdır.
Qanuna görə turist – turizm məqsədilə səyahət etdiyi ölkədə (yerdə) 90 günədək müvəqqəti olan fiziki şəxsdir. Turizm Reyestri – turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumat bazasını, turizm sənayesi və turizm fəaliyyəti barədə statistik məlumatları və həmin məlumatların monitorinqinin nəticələrini özündə əks etdirən elektron dövlət informasiya ehtiyatıdır.
“Turizm haqqında” qanunun qəbulu ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə turizm haqqında qanunvericiliyin pozulması ilə bağlı yeni maddə əlavə olunmuşdur.
Həmin maddədə sığortaçı ilə mülki məsuliyyət sığortası müqaviləsi bağlamadan turoperator və ya turagentlər tərəfindən turizm zərfinin satışının həyata keçirilməsinə, mehmanxanalar (hotellər) tərəfindən ulduz kateqoriyası müəyyənləşdirilmədən fəaliyyət göstərilməsinə, Turizm Reyestrinə daxil edilməli olan məlumatların daxil edilməməsinə və ya vaxtında daxil edilməməsinə, Turizm Reyestrindəki məlumatların yenilənməməsinə və ya vaxtında yenilənməməsinə görə inzibati məsuliyyət müəyyən olunmuşdur.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı