Şriftin ölçüsü :
Saytın rəngi :
Fərdin fiziki və psixoloji toxunulmazlığının digər şəxslərin hərəkətlərindən müdafiəsi ilə əlaqədar olaraq Məhkəmə qərara alıb ki, dövlət orqanlarının pozitiv öhdəlikləri (bəzi işlərdə 2-ci və ya 3-cü maddələrdən, digər hallarda isə təklikdə və ya Konvensiyanın 3-cü maddəsi ilə əlaqəli şəkildə götürülmüş 8-ci maddədən irəli gələn pozitiv öhdəliklər) fiziki şəxslərin zorakı hərəkətlərinə qarşı müdafiəni təmin edən adekvat hüquqi bazanı qəbul etmək və praktikada tətbiq etmək vəzifəsini özündə ehtiva edə bilər (Söderman İsveçə qarşı, § 80). Məhkəmə bildirib ki, tədbir 3-cü maddənin qadağan etdiyi rəftar sayılmasa belə, 8-ci maddənin pozuntusunu təşkil edə bilər (Ueynrayt Birləşmiş Krallığa qarşı, § 43 – bu iş çılpaq bədəndə axtarış aparılması ilə əlaqədar idi).
Konkret olaraq həbsdə saxlanma şəraiti 3-cü maddənin pozulduğunu müəyyən etmək üçün zəruri olan qəddarlıq səviyyəsinə çatmadığı hallarda 8-ci maddənin pozuntusunu təşkil edə bilər (Raninen Finlandiyaya qarşı, § 63). Məhkəmə çox zaman pis saxlanma şəraiti ilə əlaqədar olaraq Konvensiyanın 3-cü maddəsinin pozulduğunu müəyyən edib və qeyd edib ki, sanitariya qovşağının kameranın qalan hissəsindən yetərincə təcrid olunmaması həmin pis şəraitin yalnız bir elementini təşkil edir (Şafranski Polşaya qarşı, § 24, 38). Şafranski Polşaya qarşı məhkəmə işində Məhkəmə bu qənaətə gəldi ki, milli hakimiyyət orqanları ərizəçinin təbii ehtiyaclarını ödəməsi üçün təklikdə qalmasını ən azı minimum səviyyədə təmin etməkdən ibarət pozitiv öhdəliklərini yerinə yetirməyiblər və beləliklə 8-ci maddəni pozmuş olublar, belə ki, ərizəçi tualetdən digər məhbusların yanında istifadə etmək məcburiyyətində qalıb və bununla da gündəlik həyatının gizli qalmalı olan aspektlərinin zəruri səviyyədə məxfi saxlanması imkanından məhrum olub (§§ 39-41).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı