Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Astara rayonu Toradi kənd sakini Zaur Sovqatovun ağacdan asılmış meyitinin aşkar edilməsi faktı ilə bağlı cinayət işi başlanıb

16.02.2022

Baş Prokurorluqdan sorğuya cavab olaraq bildirildi ki, 15.02.2022-ci il tarixdə Astara rayon Toradi kənd sakini Sovqatov Zaur Məhərrəm oğlunun rayonun Taxtanakəran kəndində yolun kənarında dik yamacda yerləşən vələs ağacından asılmış vəziyyətdə meyiti aşkar edilmişdir. Faktla bağlı CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanmışdır. Hazırda iş üzrə bütün halların araşdırılması məqsədilə istintaq hərəkətləri həyata keçirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.