Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Atasını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulmuşdur

15.02.2022

Baş Prokurorluğun Mətbuat xidmətindən sorğuya cavab olaraq bildirilmişdir ki, fevralın 14-də Tovuz rayonu Hunanlar kənd sakini Qamət Əliyevin öldürülməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin oğlu Ceyhun Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Qamət Əliyevə odlu silahla bir neçə dəfə atəş açmaqla onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Tovuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. 
Ceyhun Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.