Şriftin ölçüsü :
Saytın rəngi :
Cəmiyyətdə aktuallığı ilə seçilən ekoloji hüquqpozmalar, xüsusilə də qanunsuz ağac kəsmə və dağ-mədən işlərinin aparılması sahəsində hüquqpozmaların araşdırılmasına xüsusi önəm verilir.
Ötən həftədə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aidiyyəti rayon prokurorlarının köməkçiləri cəlb edilməklə respublikanın 2 rayonunda 4 qanun pozuntusu barədə məlumatın yoxlanılması qaydasında ilkin istintaq hərəkətləri aparılmış, izahatlar alınmışdır.
Aparılmış yoxlamaların nəticələri, həmçinin ekoloji hüquqpozmaların aşkar edilməsi, araşdırılması və qarşısının alınması sahəsində toplanmış təcrübə ilə bağlı 2022-ci il fevralın 11-də Lənkəran rayon prokurorluğunda seminar keçirilmişdir. Seminarda Astara, Biləsuvar, Cəlilabad, Masallı, Neftçala, Lənkəran, Lerik və Yardımlı rayon prokurorluqlarının əməkdaşları iştirak etmişlər.
Qeyd olunan tədbir respublikanın şimal və şimal-qərb rayonlarında keçirilmiş seminarlardan sonra sayca üçüncü tədbirdir. Anoloji tədbirlərin digər rayonlarda da keçirilməsi nəzərdə tutulmuşdur.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı