Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluqdan TƏKZİB - Prokurorluq əməkdaşı barədə yalan məlumatlar yayan media subyektlərinə xəbərdarlıq edilmişdir

10.02.2022

 Bəzi kütləvi informasiya vasitələrində Masallı rayon prokuroru Vəli Mustafayevin xidməti vəzifəsindən azad edilərək prokurorluq orqanlarından xaric edilməsi ilə bağlı  informasiyalar yayılmışdır. Qeyd edilən məlumatlar tərəfimizdən təkzib edilməklə bildiririk ki, həqiqətə uyğun olmayan, müvafiq dövlət qurumu ilə dəqiqləşdirilməmiş, eləcə də ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş məlumatların yayılması qanunvericiliklə qadağan olunduğundan həmin media subyektləri barəsində qanunamüvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.