Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI Avropa Konvensiyasının 8-ci maddəsi: öncəgörülənlik tələbi

07.02.2022

Öncəgörülənlik tələbi, "qanunla nəzərdə tutulmuş" ifadəsi digər məsələlərlə yanaşı onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin müddəaları fərdlərin dövlət orqanlarının hansı hallarda və hansı şərtlərlə onların Konvensiyada nəzərdə tutulmuş hüquqlarına təsir göstərə bilən tədbirlərdən istifadə etmək səlahiyyətinə malik olmalarını öncədən kifayət qədər aydın şəkildə görə bilmələrinə imkan yaratmalıdır (Fernandes Martínes İspaniyaya qarşı, § 117). Öncəgörülənlik tələbi qanunun müddəalarının tam dəqiq olmasını nəzərdə tutmaya da bilər. Slivenko Latviyaya qarşı [BP] məhkəmə işində ərizəçilər, ən azı hüquq mütəxəssislərindən məsləhət almaqla, müvafiq qanunun onlara tətbiq edilə biləcəyini ağlabatan dərəcədə öncədən görə bilmək imkanına malik idilər. Bu baxımdan qanunun müddəalarından mütləq dərəcədə konkretlik gözləmək doğru olmazdı (§ 107).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.