Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Avropa Konvensiyasının 8-ci maddəsi: aydınlıq tələbi

04.02.2022

 Aydınlıq tələbi dövlət orqanları tərəfindən tətbiq edilən diskresion səlahiyyətlərin hüdudlarına da aiddir. Daxili qanunvericilik dövlət hakimiyyəti orqanlarına verilən müvafiq diskresion səlahiyyətin hüdudlarını və həyata keçirilməsi qaydasını yetərincə aydın şəkildə əks etdirməlidir ki, demokratik cəmiyyətdə qanunun aliliyi prinsipi əsasında fərdlərin malik olduqları hüquqların ən azı minimal səviyyəli müdafiəsi təmin edilmiş olsun (Pexoviç Polşaya qarşı, § 212). 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.