Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Azərbaycan Respublikası Konstitusiyasının 128-ci maddəsinin “Məhkəmələr və hakimlər haqqında” Qanunun 100-cü, 101-ci maddələri və Cinayət-Prosessual Məcəllənin 53.1.5-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı 3 fevral 2022-ci ildə rəsmi internet saytında dərc olunmaqla qüvvəyə minmişdir.
Qərarda hakim barəsində cinayət təqibinin həyata keçirilməsinə razılıq verilməməsinə (təqdimatın rədd edilməsinə) dair Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və ya Konstitusiya Məhkəməsinin qərarı əsasında Cinayət-Prosessual Məcəllənin 53.1.5-ci və 53.3-cü maddələri ilə nəzərdə tutulmuş qaydada dayandırılmış cinayət təqibi üzrə icraata xitam verilməsinin tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmişdir.
Qərara əsasən Cinayət Məcəlləsinin 295-ci maddəsi ilə nəzərdə tutulmuş bilə-bilə ədalətsiz hökm, qətnamə, qərardad və qərar çıxarma halları istisna olmaqla, hakim həm səlahiyyəti dövründə, həm də səlahiyyətinə xitam verildikdən sonra fəaliyyətinə, qəbul etdiyi qərarlarda ifadə etdiyi mövqelərə, səsverməyə, söylədiyi fikrə görə hüquqi məsuliyyətə cəlb oluna, ondan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.
Hakimin səlahiyyətlərinə xitam verildikdən sonra aşkar edilən, lakin onun səlahiyyəti dövründə törədilən cinayət əməlinə görə (funksional toxunulmazlıq ilə bağlı hallar istisna olmaqla) sabiq hakim barəsində cinayət təqibi ümumi əsaslarla Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə əsasən həyata keçirilir və bu zaman Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və ya Konstitusiya Məhkəməsinin razılığı tələb olunmur.
Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı