Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Məhkəməsi dəfələrlə təsdiq edib ki, fərdin şəxsi həyatına və yazışmalarının toxunulmazlığına hörmət edilməsi hüququna dövlət orqanı tərəfindən edilən hər hansı müdaxilə qanunla nəzərdə tutulmuş olmalıdır. Bu ifadə təkcə daxili qanunvericiliyə riayət edilməsini tələb etmir, həm də qanunun keyfiyyətini nəzərdə tutur və sonuncunun qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir (Halford Birləşmiş Krallığa qarşı, § 49). Milli qanunvericilik aydın olmalı, öncəgörülənlik tələbinə cavab verməli və yetərincə əlçatan olmalıdır (Silver və başqaları Birləşmiş Krallığa qarşı, § 87). Belə ki, qanunvericilik fərdlərin qanuna uyğun şəkildə hərəkət edib-etmədiklərini yetərincə dəqiq şəkildə öncədən görə bilmələrinə imkan verməli və dövlət hakimiyyəti orqanlarının diskresion səlahiyyətinin hüdudlarını dəqiq müəyyən etməlidir. Məsələn, müşahidə tədbiri kontekstində qanunvericiliyin müddəaları elə olmalıdır ki, dövlət orqanlarının gizli müşahidə və məlumatların toplanması tədbirlərindən hansı şərtlərlə və hansı hallarda istifadə etmək səlahiyyətinə malik olduqları vətəndaşlar üçün kifayət qədər aydın olsun (Şimovolos Rusiyaya qarşı, § 68).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı