Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Qaradağ rayonu ərazisində şəxsin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanmışdır

31.01.2022

 KİV-dən daxil olmuş sorğuya cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilmişdir ki, yanvarın 27-i Qaradağ rayonu ərazisində yerləşən şirkətdə qaynaqçı vəzifəsində işləyən 1963-cü il təvəllüdlü İlqar Şamilovun iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
 Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, İlqar Şamilov mobil kranın üzərindən keçməsi nəticəsində almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. 
 Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri tədbirlər yerinə yetirilmişdir.
 Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.