Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Xəzər rayonu ərazisində azyaşlının meyitinin aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır

31.01.2022

 KİV-dən daxil olmuş sorğuya cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilmişdir ki,
yanvarın 31-i 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
 Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. 
 Hazırda qeyd edilən faktla bağlı Xəzər rayon prokurorluğunda araşdırma aparılır.
 Hadisənin təfərrüatları ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.