Şriftin ölçüsü :
Saytın rəngi :
Fərdlərin hərəkətlərindən müdafiə sahəsində Avropa Konvensiyasının 8-ci maddəsinə riayət edilməsinin təmin olunmasına yönələn vasitələrin seçilməsi prinsipcə dövlətin qiymətləndirmə sərbəstliyinin hüdudları daxilində olsa da, şəxsi həyatın fundamental dəyərlərini və əsas aspektlərini təhlükə altına alan kobud pozuntulara (məsələn, zorlamaya) qarşı səmərəli çəkindirici tədbirlərin görülməsi səmərəli cinayət hüquq normalarının qəbul olunmasını tələb edir. Xüsusən uşaqlar və həssas durumda olan digər şəxslər səmərəli müdafiə ilə təmin edilmək hüququna malikdirlər (X və Y Niderlanda qarşı, §§ 23-24, 27; Oqast Birləşmiş Krallığa qarşı (qərardad); M.C. Bolqarıstana qarşı). Bundan əlavə, dövlətin 8-ci maddə əsasında fərdin fiziki toxunulmazlığını təmin etməkdən ibarət pozitiv öhdəliyi cinayət istintaqının səmərəliliyi məsələlərinə də şamil oluna bilər (Osman Birləşmiş Krallığa qarşı, § 128; M.C. Bolqarıstana qarşı, § 150). Beləliklə, dövlətlər Konvensiyanın 3-cü və 8-ci maddələrindən irəli gələn pozitiv öhdəlik daşıyırlar, belə ki, onlar zorlamanın səmərəli şəkildə cəzalandırılmasını nəzərdə tutan cinayət hüquq normalarını qəbul etməli və səmərəli araşdırma və cinayət təqibi vasitəsilə onları praktikada tətbiq etməlidirlər.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı