Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərişıq” ASC əməkdaşının elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı araşdırma aparılır

28.01.2022

  Yanvarın 27-i saat 13 radələrində Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Namus Miriyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmuşdur.
 Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, “Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan elektrik şəbəkəsinin Qaraçala şəbəkə sahəsində elektrik montyoru işləyən Namus Miriyev rayonun 1-ci Varlı kəndində elektrik naqilini təmir edərkən  elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
 Hazırda faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.